The good wife

amerikanın cbs kanalında 2009-cu ildən 2016-cı ilə qədər yayınlanan siyasi-hüquqi mövzuda olan dram serialı.serialın əsas qəhrəmanı alicia florrick (julianna margulies)"cook county" dövlət vəkilinin(chris norris) həyat yoldaşıdır.əri siyasi korrupsiya skandalına qarışması kimi məsələlərlə bağlı həbs olunur.bundan sonra alicia öz ailəsinin yaşayışını təmin etmək məqsədilə də 13 il evdar həyat tərzindən hüquqşünaslıq karyerasına geri dönür.alicia həm ictimai qınaqla mübarizə aparmalı,həm də iki uşağına baxmalı olur.universitet illərində alicia'nı sevən will gardner'in(josh charles) hüquq şirkətində vəkil kimi işləməyə başlayır.bundan əlavə hər bölümdə fərqli insanların məhkəmə işindən bəhs edir.
robert və michelle king tərəfindən yaradılan serialın baş rollarında julianna margulies, josh charles,christine baranski,jeffrey dean morgan,chris norris və başqaları var.serial 5 emmy mükafatı qazanmışdır.
nsa'lı (nattional security agency-milli təhlükəsizlik agentliyi) bölümlər daha da maraqlıdır.
düzü serialın "underrated" olduğunu düşünürəm.özüm də ilk dəfə adını görəndə biraz önyarğılı idim,amma izlədiyimə peşman deyiləm.hələ məhkəmə səhnələri adamda heyranlıq yaradır.bəlkə də əvvəllər izləsəydim hüquqşünaslıq üçün hazırlaşardım:)
amma serialın sonunu o qədər də bəyənmədim.
Davamını oxuyum...
chicxulub