Bir 14 yaşlı həyatı təzə başlayan,xəyalları olan saf bir qızı məktəb şagirdləri və ən əsası direktor onun əxlaqına qarşı təhqirlər edir və çıxış yolunu özünü 3-cü mərtəbədən atmaq dərəcəsinə çatdırırlar. "Hekayə" burda başlayır. Elina özünü atandan 2 saat sonra tibbi yardım gəlir. Bakının mərkəzində olasan 2 saat sonra tibbi yardım gələ. Bu 2 saat ərzində direktor qıza mənəvi əzab verib videoya çəkib və özünü sığortalamağa çalışıb. Qız hərşeyi qavrıyıb normal cavablar verib yəni həyatı təhlükəsi çox da olmuyub sadəcə bir neçə sınıq. Qız el arasında qəssabxana adlandırılan "Şemoşko" adlandırılan klinikaya aparılır , Qabırğada olan problemə görə onu oksigen aparatına qoşurlar...içində oksigen olmayan və cihaza qoşulmayan oksigen aparatına...ailəsinə yalan xəbərlər veriblər və bunu gizlətməyə çalışıblar. Amma ailəsi içəri girməyi bacarandan sonra artıq hər şey gec idi ..
Böyük ümidlər, gələcəyi qarşıda olan 13 yaşlı sadəcə ama sadəcə birazcıq qayğıya ehtiyac duyan bir uşaq..
Nur içində yat ,Elina, qorxma artıq Azərbaycanda deyilsən.
Davamını oxuyum...
mixaylo
kimin yanında adını və yaxud hadisəni danışsam o ....... idi və yaxud ....... idi.
başa düşürəm mühafazakarsız, bəs vicdanınız? bəs insanlığınız?nə var-nə var 14 yaşında həyatı serial və yaxud kinolardan öyrenmiş birinin liberal olmasıdır?bəs unutmursuz ki o uşaqdır?yəni bir insanın liberal olması,onu özünü öldürmə həddinə qədər çatdırılmasına bəs edərmi?
ƏHSƏN HAMIYA,ƏHSƏN
sadecebirseyleryazanbiri
Axmaq , mentalitet , səviyyəsizlik düşkünü olanların döşədiyi sözlərin qurbanı olan qızcığaz.
tebietdostu

Elina oyan!
Günəş ayı əvəz edib çoxdan
Səsin əks sədayla cahanda dövrə vurur
Köməyə gəlib dağlar
Elina oyan!

Laylalar beşiyində həyəcanla gözləyir
Kəfənini yırt, bələyinə bürün qalx
Elina oyan!
injivari
Gözəlim bilsəydi ki, arxasınca nə iyrənc iftiralar danışacaqdılar,intihar etməzdi
naz