mütləq oxumalı olduğunuz 30 kitab

frakovski


1. Mircea Eliade - "Dinlər tarixi"
2. Karen Armstrong - "Tanrının tarixi"
Bu kitablar dinlər tarixi haqqında məlumat əldə etmək üçün mükəmməl materialdır.

3. Cəlaləddin Rumi - "Məsnəvi"
Sufizmin görkəmli nümayəndəsi olan Ruminin fikirləri ilə bəzədiyi möhtəşəm əsər. Harvard Universitetinin psixologiya bölməsinin 42-ci dərsinin 70%-i Ruminin bu kitabdakı sitatlarından ibarətdir.

4. Adam Smith - "Xalqların sərvəti"
5. Karl Marks - "Kapital"
Biri kapitalizmin, biri də kommunizmin ən görkəmli simasıdır. Çox mürəkkəb dildə yazılan bu kitablar iqtisadiyyat üçün əvəzolunmaz materialdır.

6. Will Durrant - "Mədəniyyət"
20 cilddən ibarət olan bu araşdırma Dünya Mədəniyyətlərinin tarixini örənmək üçün əvəzolunmaz mənbədir.

7. Henri Kissincer - "Diplomatiya"
8. Paul Kennedi - "Böyük dövlətlərin yüksəliş və çöküşü"
Həm siyasət haqqında nəsə bilmək istəyənlər, həm də tarix öyrənməyə can atanlar bu kitabları mütləq oxumalıdırlar.

9. Jan Jak Russo - "Emil"
Övladın və şagirdin tərbiyə olunması üçün qələmə alınmış ən mühüm əsər...

10. Yuval Noah Harari- "Böyük üç əsər"
Bu üç əsər bizə olduqca önəmli bilgiləri çatdırır.

11. İbn Haldun - "Müqəddimə"
Bu əsər sosiologiyanın banisi İbn Haldunun bizə verdiyi ən böyük töhfədir.

12. Dörd böyük kitab (Tövrat, Zəbur, İncil, Quran)
Öz yolunu özü təyin etmək istəyən şəxslər bu kitabları mütləq oxumalıdırlar.

13. Qriqori Petrov - "Bəyaz Zanbaqlar Ölkəsi"
Atatürkün məktəblərdə məcburi keçilməsini əmr etdiyi kitab.

14. Çarlz Darvin - "Növlərin mənşəyi"
Bir az da təkamül nəzəriyyəsini araşdıraq.

15. Ziqmund Freyd - "Psixoanalizə giriş"
16. Karl Qustav Yunq - "Analitik psixologiya"
17. Qustav Le Bon - "Kütlə psixologiyası"
Psixologiya tarixinin 3 dahisindən 3 əsər...

18. Dalai Lama - "Atomun içindəki kainat"
Elm və din əlaqəsini bir ruhanidən dinləyək.

19. Stephen Hawking - "Zamanın qısa tarixi"
20. Stephen Hawking - "Qoz qabığının içindəki kainat"
Bir əfsanədən iki möhtəşəm kitab...

21. Ahmet Arslan - "İlkçağ fəlsəfə tarixi"
22. Ahmet Cevizci - "Fəlsəfə tarixi"
23. Bertrand Russell - "Qərb fəlsəfəsi tarixi"
Fəlsəfə tarixi üçün möhtəşəm kitablar...

24. Platon - "Dövlət"
25. İbn Rüşd - "Tutarsızlığın tutarsızlığı"
26. Nikkolo Makiavelli - "Hökmdar"
27. Artur Şopenhauer - "İradə və təsəvvür olaraq dünya"
28. Fridrix Nitsşe - "Zərdüşt belə buyurdu"
29. Soren Kierkegaard - "Qorxu və titrəmə"
30. Karl Popper - "Açıq cəmiyyət və onun düşmənləri"
Ümumi fəlsəfəyə aid mükəmməl kitablar...

spotify

coin
iki mahnı arasında tam olaraq 3 dəqiqəlik reklamlar çıxmağa başladığındaın bəri telefonumdan sildiyim musiqi platformasıdır. əvvəllər 15 saniyəlik qısa reklamlar olardı. 3 dəqiqə reklam müddəti nədi ala bir mahnı uzunluğundadı.

yazarlar hansı həyat dərsi öyrəndilər

tima14
1)motivasiya yalnız istəkli,ümidli insanlara aid imiş,istəksiz və bədbəxt insanlara yox;2)başqasının düzəltmək istəyən biri varsa,getsin birinci özünü düzəltsin;3)Pozitiv insanlar bəzən özbaşınadırlar,başqasının ruhunu öyrənmə qabiliyyəti yoxdu;4)İstər pozitiv,istər neqativ insan olsun,ikisinin də mənfi cəhəti,nəyisə birtərəfli görmələridir;5)həyatda həqiqətən ideal insan yoxdu;6)həyatın mənası yoxdur;7)hərə gələcəklə bağlı ağıza gələn sözü deyir amma heç kim bilmir gələcəkdə nə baş verəcək;8)pozitiv insanların da problemləri var;9)özgüvəni bol olan insanlar problem yarada da bilir(hamısı deyil təbii ki);10)vicdanın nə olduğunu bilməyib bizə öyrədən biri özü vicdansızdı;11)hər böyüyün sözü keçərli deyilmiş(çox adam elə bilir ki, “böyük” sözü yaşda böyük mənasında bilirlər amma əslində psixoloji yaş mənasında işlədilir),ona görə ağıl yaşda deyil,başdadı;12)boş qətiyyətli insanlarda var,hansı ki sözləri inandırıcı deyil;13)dünyada yaşayan bütün insanlar eyni marağı bölüşə bilməz;14)bürclər yalan da deyirmiş(xüsusiylə uyuşma məsələsinə gəlincə);15)İnsanın ən yaxşı dostu və ən qorxulu düşməni də özüdür;16)(bax:təhsil ocaqları) bəzən düzgün məlumat verməz;17)dünya birtərəfdən gözəl olarkən,bir yandanda çirkindi;18)öz işini düşünən bəzi insanlar gələcək nəsli o qədər də çox düşünmürlər;19)intihara meyilli insanlar əslində çox yaşamaq istəyən insanlardır,sadəcə dözülməz psixi yaralar onlara imkan vermir;20)tanrıdan istənilən dualar bəzən gerçəkləşmir;21)televizorda gördüyümüz insanların bəziləri darbeyinlidir;22)Cavab qaytarmaq bəzən ağıllı seçim də olur;23)optimist olan insanlar özləri də optimizmi tam olaraq bilmirlər(hamısı yox amma);24)maariflənmək yalnız öyrənmək istəyənlərin işidir,cahillər inkar edər;25)televizorda gedən talkşou bizə böyük fayda vermir;26)təhsil vaxtı alınan qiymətlər və ballar insanı idarə edir;27)əlaçı olmaq çox böyük məsuliyyət olsa da,xəyal qırıqlığı olanda mənasız ola da bilir;28)müəllimlərin çoxsunun psixologiya anlayışı yoxdur;29)tarix elə bir fənndir ki,kim nə qədər yaxşı bilirsən bilsin , 100% heç vaxt bilə bilməz;30)ədəbiyyat bizə insan ruhuyla birgə,yumor da öyrədirmiş;31)Bəzi insanlar səhvləri görməkdən ötrü aclıq çəkirlər və müxtəlif idarə üsullarına əl atırlar;32)insan dediyin böyüdüyü mədəniyyətə görə yetişir;33)beyin bütün elm sahəsini götürməyə də bilər(insanlardan asılı olur bəzən);34)bütün insanlar ana və ya ata olmağı o qədərdə yaxşı bacarmırlar;35)...

mentollu siqaret

coin
normal siqaret çəkənlərin siqaretləri bitdiyi halda belə çəkmək istəmədikləri siqaret növüdür. marketdə tək bir siqaret belə mentolludursa " yox onda qalsın " deyə cavab verərlər. 5 ildən çoxdur çəkirəm. xüsusən yeməkdən sonra yaxşı gedir. səhər oyananda da ağızda iyrənc dad buraxmır. sadəcə öyrəşmək lazımdır.

la vita e bella

coin
ən pis şeylərə belə sevdikləri üçün sinə gərən bir adamın hekayəsidir. " allah hər uşağa bu filmdəki kimi bir ata nəsib etsin " dediyim filmdir.

evdə qalmaqdan sıxıldım bəhanələri

coin
soruşsan virusdan əvvəl hamısı o qədər sosial, o qədər işinə düşkün, gəzməyi sevən insanlar idilər ki, virusdan sonra evə tıxıldıqları üçün sıxılmağa başladılar. yaradıcı fikirlərə sahib olan insan hər şərtlərdə, hər mühitdə özünə əylənəcək fəaliyyət tapa bilər. demək ki sən özünə belə bəs edə bilməyən işəyaramazın birisən.

ilk görüşdə xoşlandığın birini bir daha görməmək

tima14
Sevgilim olmasa da, platonik olaraq aşiq olduğum bir var idi.2017-ci ilin sentyabrında türkiyəyə gedəndə mənim 15 yaşım var idi. Çox saf amma biraz düşüncəsiz,qəribə biriydim.O vaxt telefonum yox idi . Həmin aşiq olduğum qadın hoteldə animator işləyən,məndən 7 yaş böyük rus bir qadın idi.Adı Veronikaydı və Moskvadan gəlirdi. Veronikadan başqa digər animator yoldaşlarıyla da yaxşı yola gedirdim, hətta dedilər ki, “istəyirsənsə, gəlib facebookda,instaqramda bizlə yazışarsan”. Əvvəl facebookum var idi sadəcə problem oldu deyə girmirdim,bir də onlar deyəndən sonra açdım.ac qalmasınlar deyə yemək də verirdim,digər köməklər də edirdim.sonuncu günümdə ruscanı təmiz bilmirdim deyə bir sözü səhv işlədib
Veronikanın xətrinə dəydim və uzaqlaşdım,istəyirdim bir də sabah ondan üzr istəyim amma gəlmədi(onun üçün istirahət günü idi deyə). Oteldən ayrılan günü gecəni ağlamışdım. Onlar bir yandan mənim xəyalımı bəzəmişdilər,bir yandan məni formalaşdırmışdılar.Hətta onları ilk ən yaxşı dost hesab edirdim, çünki məktəbdə heç kimlə yola getmirdim. Facebook yaradıb onlarla dostlaşmışam, amma az qalsın mənə heç yazmadılar. Çox yazışdığım insanlarda məni bloka atdılar. Vaxtda mənim üçün ölə-ölə gedirdi. Bir yandan anam mənə söz verdiki, 16 yaşım olanda telefon alacağam amma almadı(6 yaşımdan yadımdaydı),bir yandan psixiyatrım deyirki,asperger sindromuyam,digər yandan da nevroloq məni pis uyuşdurub,o bir digər yandan da 10-cu sinif çox sıxıcı keçdi.11-ci sinifidə çox pis başlamışdım, dərsin ilk günündən səhər saat 7-də hamama gedib qusmuşdum və mənə nəsə elə gəlirdi ki,bu məktəb ilim çox pis keçəcək.Elə keçmişdi də. Başım çox pis ağrıyırdı,işığa baxa bilmirdim(o vaxt yəqin miqrenim var idi),çox adam mənimlə məzələnirdi. Anam və atam sözümü o qədər də ciddiyə qəbul etmirdilər. Axırda İstanbula gedəndə hər şey aşkara çıxdı. Heç asperger deyildim,sadəcə doğuşdan beyin qüsurluydum(beynimdə ağ ləkələr var idi).bunu öyrənəndən sonra ruhdan o qədər düşmüşəmki,bu günə qədər özümə gələ bilmədim və(bax:fatalizm) o vaxtdan məndə qalıb. Artıq idarəmi çox tez itirirdim,əsəbimdən 2 dəfə anamı qorxutmuşam. Heç kimə də güvənmək istəmirdim. Pozitiv olmağın o qədər də çox xeyiri yox imiş.Artıq mənim nə ümidim,nə iradəm,nə arzum,nə də gələcəyim.İçəqapanıq biri oldum artıq.Çox adam məni yalandan istəyirmiş, hamı görməmiş önyarğı atsın,problemimi düşünməyib pozitiv olmağı öyrətsin,(bax:xalxın uşağı) deyə mənə paxıllıq artırsınlar ,guya yaxşılığım üçün mənə yaxşı olmayan hərəkət etsinlər. artıq bunların heç biri mənə xeyir yoxdu,çünki bildim ki çox anlayışsızdırlar və o qədər də etibarlı deyillər. Çox adama öz sərhədimi cızdım.motivasiya,könül almaq heç biri işə yaramır. Həvəs də məndə 1 həftəliyinə yaranır sonra ölür. Hətta həyatım doğuşdan sıxıntılıymış. Doğulandan 2-3 ay sonra o qədər pis xəstələnmişdim ki,az qalsın sözün əsl mənasında ölüm(sərt qış idi deyə),amma rəhmətlik babam məni sağaldıb,8-9 aylığımda 4 saatdan çox ağlayırdım,gah gözüm şişirdi,gah da dodağım,o vaxtın həkimləri də deyirdi ki məndən insan olmaz, heç bağça və məktəb illəri mənim üçün heç yaxşı keçmədi. Bəzi adamın sözünə qulaq asanda mütləq problem çıxırdı,hətta keçmişdə etdiyim səhvləri öyrənəndə daha da özümə gələ bilmirdim.Veronikanı unutmaqdan ötrü də müxtəlif riskli üsullara əl atdım(amma nə etdiyimi deməyəcəm),amma sonra bildim ki çox böyük səhv etdim. İndi də universitetdə ayrı cür xəyal qırıqlığı yaşadım, məni ayrı cür bezdirirlər.Hətta saxtakarları da gördüm. İndi də xoşbəxt olmağa çalışsamda,intihara meyilliliyim qalıb.2020-in başında mənəvi inqilab kitabını yarımçıq oxusamda ,təsiri biraz qalıb. İslam dinindən də çıxdım və öyrəndim ki dünyada olan insanların çoxu heyvanla bərabər imiş. amma animatorlarla küsəyənliyim çox uzun çəkmədi,çünki anlayışlı olmağı da öyrəndim.Biraz da (bax:psixologiya)ya marağım artdı.İndi bilmirəm gələcəkdə başıma ayrı nə bəla gələcək.
Və son olaraq bunları öyrəndim:1)motivasiya yalnız istəkli,ümidli insanlara aid imiş,istəksiz və bədbəxt insanlara yox;2)başqasının düzəltmək istəyən biri varsa,getsin birinci özünü düzəltsin;3)Pozitiv insanlar bəzən özbaşınadırlar,başqasının ruhunu öyrənmə qabiliyyəti yoxdu;4)İstər pozitiv,istər neqativ insan olsun,ikisinin də mənfi cəhəti,nəyisə birtərəfli görmələridir;5)həyatda həqiqətən ideal insan yoxdu;6)həyatın mənası yoxdur;7)hərə gələcəklə bağlı ağıza gələn sözü deyir amma heç kim bilmir gələcəkdə nə baş verəcək;8)pozitiv insanların özləri bilməsə də problemləri var;9)özgüvəni bol olan insanlar problem yarada da bilir(hamısı deyil təbii ki);10)vicdanın nə olduğunu bilməyib bizə öyrədən biri özü vicdansızdı;11)hər böyüyün sözü keçərli deyilmiş(çox adam elə bilir ki, “böyük” sözü yaşda böyük mənasında bilirlər amma əslində psixoloji yaş mənasında işlədilir),ona görə ağıl yaşda deyil,başdadı;12)boş qətiyyətli insanlarda var,hansı ki sözləri inandırıcı deyil;13)dünyada yaşayan bütün insanlar eyni marağı bölüşə bilməz;14)bürclər yalan da deyirmiş(xüsusiylə uyuşma məsələsinə gəlincə);15)heç kim özünüzdən nə yaxşı dost deyil, nə də pis düşmən(demək istədiyim özünüzlə çox yaxşı dost ola da bilərsiniz,özünüzün qorxulu düşməni də);16)(bax:təhsil ocaqları) bəzən düzgün məlumat verməz;17)dünya birtərəfdən gözəl olarkən,bir yandanda çirkindi;18)öz işini düşünən bəzi insanlar gələcək nəsli düşünmürlər;19)intihara meyilli insanlar əslində çox yaşamaq istəyən insanlardır,sadəcə dözülməz psixi yaralar onlara imkan vermir;20)tanrıdan istənilən dualar bəzən gerçəkləşmir;21)televizorda gördüyümüz insanların bəziləri darbeyinlidir;22)Cavab qaytarmaq bəzən ağıllı seçim də olur;23)optimist olan insanlar özləri optimizmi tam olaraq bilmirlər;24)...

Lakin mənim bəxtim birdə sizin yazar qrupunuza qoşulandan sonra gəldi,yaxşı ki siz varsınız
(bax:boş qətiyyətlər)
(bax:ən çox eşitdiyimiz ailə bəhanələri yalanları və önyarğıları )
(bax:Düşüncə tərzimiz)
(bax:Azərbaycan)
(bax:Yazarların özünəməxsus aforizmləri)
(bax:Bizim mentalitet)