doğruluq və reallıq

frakovski
"Doğruluq" və "reallıq" iki ayrı anlayışdır. Reallıq hər insanın içində olduğu şəraitin diktə etdiyi vəziyyətdir. Doğruluq isə reallıqdan ayrı olan doğru davranışlardır.

Qərarlara təsir edən reallıqdır. İnsan reallığın təsirilə oğru, fahişə, qatil, zalım olur. Bizi hər zaman reallıq əhatə edir, doğruluq yox. Bütün hallarda əvvəlcə reallıq bir şey tələb edir, doğruluq da ona əks çıxdıqda ikisi arasında mübarizəni hiss edirik.

Reallıq körpələri ac olan və rəfiqələrinin də həmin yolla dolandığını görən qadına fahişəlik etməyi təlqin edir. Amma qərar verməsində onu narahat edən doğruluqdur.

Doğruluq zəiflədikcə reallığın axarına tabe olarıq. Güclü insan öz subyektiv reallığını yaradan və ya obyektiv reallığı dəyişdirə biləndir.

İnsanlar pis davranışlarında reallığa sığınıb özlərinə bəraət qazandırarlar. Erməni əsirliyində olan azərbaycanlı əsir məhkəmədə bunları deyirdi: "Ermənilərin dediklərini etməyəcəyim təqdirdə əsir götürdükləri anamı, bacımı, yoldaşımı zorlayacaqlarını deyirdilər. Başqa yolum yox idi."

Əgər doğruluq olmasaydı, reallığa ram olan heç kim qınanmazdı. Amma heç bir dəyər də olmazdı.