death note

tima14
Detektiv olmaq istəyənlərin və ya cizgi film heyranlarının başını qarışdıracağı anime filmidir. Filmin ilk əsas qəhrəmanları L lawliet(sirli detektiv),Yagami Light(kira),Misa amane(2-ci kira), ryuk(sifəti “heath ledgerin jokeri”nə bənzəyən çirkin ölüm mələyi),Rem(skeleti əyani görülən ölüm mələyi),sonrada gəlmə qəhrəmanlar isə near(“uşaq” kimi dahi) və mellodur(özgüvənli psix).filmə baxanların baş qarışa bilər,ancaq qısa izahını belə verəcəyəm. “kira” adında bir nəfəri tapıb,insanları necə öldürdüyünü üzə çıxartmaqdır.dava isə “kira” və “L”in arasında gedir,lakin qalib əslində ryukdur.Çünki hər şey ryukun əyləncəsi üstündə qurulubdur, kira və l isə fərqli vaxtlarda,amma eyni səbəbdən (ürək tutulması) ölürlər. “Death note” cizgi filmi ümumillikdə 1 sezon 37 epizoddan ibarətdir və hadisələr yaponyada,2006-2013-cü illərdə baş verdiyini təsadüf edilir
“Death note” özü bir dəftərdir, ancaq adi dəftərdən fərqli olaraq,şiniqamilərin(yapon folklorunda bildiyiniz ölüm mələkləri) insan öldürməkdən ötrü işlətdiyi silahdır(necə ki,bildiyiniz ölüm mələyinin silahı oraqdı,onlarda da dəftər).Yəni kimin adı yazılırsa, o adam 40 saniyədən sonra ürək tutulma səbəbindən öləcək.dəftərin işlətmə qaydası vardır və hansı dünyadadırsa, death noteda həmin dünyada yaşayan və onu ilk tapan adam birbaşa onun sahibinə çevriləcək.qaydalar isə belədir(yazdığım qaydalar ancaq insana keçərlidir):
*insan ölüm dəftərinə sahib olub bir nəfərin adını yazdıqdan 39 gün sonra şiniqami ilə görüşəcək
*şiniqamini yalnız dəftərə təmas edən insan görə bilər
*dəftərə yazdığınız şəxs sizin üzdən tanıyacağınız biri olmalıdır.əgər eyni adı 4 dəfə səhv yazsanız dəftər onu öldürməz,lakin təzədən 4 dəfə səhv yazsanız,ölən yazılan yox, siz olacaqsınız
*dəftəri istifadə edən və onun qurbanları ölümündən sonra cənnət və ya cəhənnəm yox,Mu adlanan heç nə olmayan yerə gedəcək
*dəftəri tez-tez idarə edən insanın 1 il sonra xasiyyət dəyişikliyi müşahidə olunur((bax:psixopat sosiopat) xasiyyəti kimi)
*“şiniqami göz ticarəti” deyə bir razılaşma var.bu razılaşmaya əsasən,şiniqami gözünə sahib olmaq istəyən ömrünün yarısını şiniqamiyə verməlidir və bu gözü ancaq onlar görür,insanlar yox. Və bu gözə sahib olan insanlar digər insanların əsl adını və qalan ömür vaxtını görə bilər
* “death note”un sahibi olan insan 40 gün dəftəri işlətməsə,Dəftərlə olan bütün yaddaşı unudulacaq və şiniqami gözü getməklə birlikdə şiniqamiyə verdiyi həyatının qalan yarısı ona qayıtmaz
* “death note”un sahibi olan insan bir nəfəri yazmaqla birgə ölüm şəklini yazmaq istəyirsə, birinci ad,sonra yanında səbəb(səbəb realistik olmalıdır) və ondan sonra ölüm şəkli yazmalıdır(ölüm şəklinin yazılması səbəbdən dərhal sonrakı 6 dəqiqə 40 saniyə ərzində yazılmalıdır).əgər səbəbi yazmasa, yazılan insan yalnız ürək tutulması nəticəsində öləcək
*şiniqamini dəftərlə və ya hansısa silahla öldürə bilməzsiniz.onları öldürmənin yeganə yolu ,ya silahla bir nəfəri öldürməlidir ya da bir insana sadiq qalıb ,həmin insana təhlükə mənbəyi olan bir nəfəri öldürməkdir
* “death note”un sahibi olan insan bir nəfəri dəftərlə öldürdüyü üçün peşmançılıq çəkirsə,şiniqamiyə öz tövbəsini bildirə bilər,şiniqami də bunu qəbul edib həm dəftərlə bağlı olan yaddaşı silər, həm də dəftərin əsirliyindən qurtaracaq(demək istədiyim dəftərin qurbanı olmasanız, “mu”ya getməyəcəksiniz)