çörçill

moxorovicic
"Söz ustadı" ingilis diplomat.İkinci dünya müharibəsi dövründə Britaniyanın baş naziri olub.
Deyilənə görə bir gün bir jurnalist Çörçilldən müsahibə almaq üçün onun qaldığı evə - Çörçillin qızının evinə gedir.Çörçill həmin vaxt yataq xəstəsi imiş,halı çox pis imiş.
Evə Çörçilldən müsahibə almaq üçün bir jurnalistin gəldiyini görən Çörçillin yeznəsi bərk əsəbləşir,Çörçillin vəziyyətinin pis olduğunu,soruşulan sözü belə başa düşmədiyini deyir.Lakin jurnalist müsahibə almağa fürsət tapır.
Müsahibə əsnasında da yeznə yenə eyni sözləri təkrar edir,Çörçillin ağlını itirdiyini,narahat edilməsinin düzgün olmadığını deyir.
Jurnalist nəhayət Çörçilldən dünya tarixində ən çox təqdir etdiyi insanın kim olduğunu soruşur.Çörçill "Mussolini" deyə cavab verir.
Yeznə yenə araya girib jurnalistə "Mən sizə onun ağlını itirdiyini demişdim" deyir.Jurnalist donub qalır, "Necə yəni,siz ki düşmən olmusunuz,Mussolini?" deyə heyrətlə soruşur.
Çörçill cavab verir : "Hə,Mussolini.Yeznəsi asdırmışdı,ona görə də təqdir edirəm"