bizim mentalitet

şedevr
şort geyinən oğlana pis baxırıq: çünki kişinin ayaq tükləri başqasının anasını, bacısını narahat edə bilər. amma dənizdə köynəksiz təkcə şortik ilə gəzmək olar çünki orda camatın anası, bacısı yoxdur.
niko
biz dədə babalarımızdan görmüşük ki, rəhmətə gedən üçün halva bişirilsin ehsan verilsin. indiki cənazə mərasimlərini palatka toyuna çeviriblər. qonaqlar eləbil yemək yeməyə gəlib. onsuzda camaatın acısı böyükdür birdə sizə yemək bişirəcəklər? öz qulağımnan eşitmişəmki mərasimdən sonra gələnlər aralarında danışırdılarki rəhmətliyin mərasimi yaxşı keçmədi yeməklər dadsız idi.
phoenixn
qadın evlenib boşanıbsa o qadin terbiyesiz sayılır, ailenin üz qarası olur - qonşuların fikrincə. evlilikdə səvh addım deyl,talehsizlik deyl də qlobal bir problemə çevrilir boşanma, bir insanın gələcəyinə birbaşa təsir edən problem. millət, oyanın öz fikrinizi formalaşdırın, hansısa savadsızın ağlına uyub da nə başqasını nə də özünüzü bədbəxt etməyin.
fransuzkiilan
Fransada bir kişi qadına əl qaldırarsa və qadın ondan şikayətçi olub onu məhkəməyə verərsə, kişi Fransa vətəndaşlığından məhrum edilir. Bizim ölkədə isə “yaxşı at özünə qamçı vurdurmaz” deyimi ilə nöqtə qoyulur.
orwell
Çox böyüklərin inkşaf etmiş güclü dövlətlərin mentalitetini bəyənməməsinə, gənc nəslin ölkədən baş götürüb qaçmasına, qadınların azadlığını daraldıb, oğlanların tez zamanda arvad uşağa qarışmasını tezləşdirən səbəbdi
beshdokquz
kişi bu ölkədə azaddır istədiyi vaxt bir qadınla cinsi əlaqədə ola bilər. lakin evləndiyi zaman nəvaxtsa biri ilə cinsi əlaqədə olmuş qadını qəbul etməz.
darknessking
dünya üzərində analoqu olmayan, yalnızca bizim xalqa xas olan yazılmamış qanunlar toplusu.Yaxşı tərəfləri olsa da, əsasən pis tərəfləri ilə tanınır. Bəzi insanların hətta müsəlmançılıq belə adlandırdığı bir şeydir. Yazıq o müsəlmanlığı yaradanın xəbəri varsa əgər bundan
pasa1642
Populyar mədəniyyətin mentalitent olduğunu düşünən və özünü savadlı sayan gənclər tərəfindən söyülən adət-ənənə toplusu.
marleoni
mövzu fərq etməzcəsinə oğlanların rəylərini cavabsız qoyub,qızlara rəylərdə xod edən admin tərəfindən idarə olunan sosial şəbəkədə mövcud olan səifə adı.
mrzyva7
Bizim mentalitetdə bir qanun var. İşdən yorğun gələ bilərsən, gecə yuxusuz olub səhərdə tez oyanıb dərsdəndə qayıda bilərsən. Amma özünnən 2-3 yaş belə böyük adam görəndə yer verməlisən. O səndən daha cavan, gümrah görünə bilər. Amma yer verməsən tərbiyəsizsən. Mentalitetin insanı bezdirən yönlərindən danışdıqca bitməz.
starrynight
İnsanları olduqlarından fərqli insanlar kimi yaşamağa məcbur edən, yoran, cəmiyyətin təzyiqinin ön plana çıxdığı və bir çoxlarının "bizim mentalitetimizdə belə bir şey yoxdu" deyərək insan yaşamını dözülməz hala salan bir şey.
0 /