bir dəfə amerikada

moxorovicic
Sergio Leonenin rejissoru olduğu 1984-cü il Amerika-İtaliya istehsalı film."Spaghetti-western" janrının rejissoru olaraq bilinən Sergio Leone,(bax:Xaç atası filmi)nin rejissorluğu üçün dəvət alsa da,öz mafiya-dram filmini çəkmək istədiyini bildirərək imtina etmiş və bu filmi çəkmişdir.
Filmin original müddəti 3 saat 40 dəqiqədir,lakin Amerikada əvvəlcə filmin 2 saatlıq versiyası nümayiş olunmuş və bəyənilməmişdir.Rejissorun israrları sonrası original versiya nümayiş olunmuş və böyük uğur qazanmışdır.
Özümdə və bu günə qədər bir çox janrda kifayət qədər film izləyən tanışlarımda da müşahidə etdiyim qədərilə,bu film qədər xüsusi yeri olan və təsiri davam edən film demək olar ki olmayıb.Robert De Niro və James Woodsun aktyorluğu,ssenari və rejissor işi,bununla bərabər səhnələrin təsirliliyini dəfələrlə artıran musiqilər sadəcə olaraq möhtəşəmdir.
"Noodles,İ slipped"