bir birinə rəqib maşınlar

tima14
1)ferrari & lamborghini-düşünün, “at” və “buğa”nın davası. Biraz fikirləşsək, məntiq tapmaq olar. At adi halda güclü deyil, mütləq əsəbi olmalıdır, ona görə kiçik həcmli (məsələn 3.9 v8) motora twin-turbo taxıb böyük (məsələn 770) at gücü çıxardırlar.ancaq at gücünün nə olduğunu göstərən heyvandır. Buğaya gəlincə isə turboya ehtiyac duymadan maşına uyğun, təbii yaradılmış motor (məsələn 5.2 v10) qoyub normal (məsələn 610) at gücü çıxardır.
Buğanı onsuzda güclü göstərən onun boynuzudur, ayrı nə lazımdır? Onsuz da ferrari modellərinin çoxsu pininfarinadan gəlmədir, interyerində bir dənə də ekran yoxdur. Lambo isə özü yaradır (biraz da Volkswagenin köməyi ilə də olsa),interyerinə söz yox.
2)Mercedes&BMW- ən əlaqəsi olmayan maşın dirəşməsi.insanların çoxsu düşünmür ki, mercedes komfort üçün,bmw isə idmana meyillilik üçün maşın düzəldir. Buda lap lyukspərəst, yekəqarınlı (maşınları ağırdı deyə) adamın atlet bədənli,arıq,idmançı(maşınları incədi deyə) adamın boks rinqinə çıxmasına oxşayır
3)mitsubishi&subaru-bu rəqabət mənə sanki “ tom&jerri”nin qaçdı-tutdu oyununu xatırlatdı.əsas rəqabət “evo” ilə “imbreza wrx” kimi əfsanəvi ralli maşınları arasında gedir. Evo yarandısa,imbreza wrx də yaranmalıdır. Lakin bundan əminik. Evo 4 dəfə, imbreza isə 3 dəfə ralli qalibi olublar. “Evo” dedi “gedirəm” , “imbreza” isə “bəs mən kim ilə oynayım?” deyib küsür.
4)Ford,Chevy,Dodge- 3-də eyni sinif maşınlar hazırlasalar da, əsas rəqabət “muscle car”lardan ibarətdir,yəni mustang,camaro,challenger.müxtəlif davalarda müxtəlif maşınlar qalib gəlir:
Camaro-ən etibarlı(əzilməyə görə)
Challenger-ən sürətli(düz yolda)
Mustang-ən qənaətcil(kiçik həcmli motor)
5)(bax:koenigsegg maşınları) &bugatti-tam bir sürət davası,bugatti koenigsegə əngəllər qoysun,koenigsegdə o əngəlləri də onun üstünə yıxsın.bu qədər bəsit. Amma insan mənasında kimin Usayn bolt olacağı bilinmir