beatmaker

alessandro
əgər entry yetərincə açıqlayıcı deyilsə, işin biləni olan oxuyuculardan üzr istəyirəm

Bir çox musiqi janrında, o cümlədən hip-hop-un rap, trap, base trap kimi qollarında işin təməli sayılan beatləri yazan (adətən bütün mahnı boyu işləyirllər, bəli, autotune da basırlar) şəxslərin peşəsinin adı. İşləri kompüterdə fl , magix bənzəri proqramlar və səs studiyaları ilə bağlıdır. Beatmakerin nə dərəcədə yaxşı iş ərsəyə gətirməsi bütün parçanın taleyini müəyyənləşdirir. Son onillikdə beatmaker çoxluğunun klassik repdən sıyrılması ilə birlikdə əməkləri ön plana çıxmışdır. Həmçinin, bir çox məşhur sənətçi özü də "music producing" bacarığına sahibdir.
Şəxsən mənim ən bəyəndiklərimə cardo got wings (abş), sonus030 (almaniya), bugy (türkiyə) aiddir.
azərbaycandan da eyni performansı gözləyirəm, yaxşı pul var deyirlər heç olmasa ona görə öyrənin də