baxmaq və görmək

macnun
Baxmaq və görmək arasındakı fərq çox incə bir xəttə dayanır . Bizlər isə sadəcə baxmağı bacarırıq . Hamı baxır amma heç kim görmür .
mercy
Həyatımın hər günü tətbiq etdiyim yaşam fəlsəfəmdir. Ətrafımdakı insanlara uzaqdan baxmaq və onları görmək. Səni soyuqqanlı edir, daha çox düşündürür. Gözlənilməz hadisələr qarşısında səbrli olmağa və təəccüblənməməyə kömək edir. Sizə də tövsiyyəm, Susun və bir az ətrafınızı izləyin çərçəvənin kənarından.
l22aprell
Ona baxdığım gün yox, onu gördüyüm gün aşiq olmuşdum. Gündən günə böyüyən bir sevgiylə onu görməyə başlamışdım.. hansı ki indi yanımda olmasa belə, mən onu yanımda görürəm..
ssruler
baxmaq gözün vəzifəsidi görmək isə beynin və ürəyin vəsifəsidi ama burda birşeydə var beyninlə ürəyini nəfsin idarə edirsə sadəcə baxacaqsan amma ağlın idarə edirsə görəcəksən