baxmaq amma görməmək

darknessking
baxmaq oxumaq, görmək isə anlamaqdır
baxmaq instiktdir, görmək isə ağıldır
baxmaq fırtınadan öncəki səssizlik, görmək isə fırtınadır
baxmaq aysberqin görünən tərəfi, görmək isə aysberqin özüdür
starrynight
Bir uşaq quşun "quş" adlandığını bilmədən ona baxırsa, deməli görür. Ancaq uşaq quşa "quş" deyildiyini öyrəndiyi andan etibarən onu görməməyə başlayır, artıq kordur.