azərbaycanda az bilinən mükəmməl yerlər

louis pasteur
Təbii ki, məqsədim bu başlıqda ismayıllı, qəbələ, lahıc
(ismayıllının tərkibindədir, bilirəm. Kasıb damğası vurmayın)
kimi “(bax:overrated)” yerləri yox, daha az bilinən mükəmməl bir yerləri qeyd etməkdir.

Cənub rayonları möh-tə-şəm-dir! Təbii ki, biləsuvar, cəlilabad, salyan
ərəbistan çölüdü ora. Ümumiyyətlə oranı silməliyik, ala! O nə torpaqdır elə. Heç kartof da çıxmaz :d
kimi Allahın belə yadından çıxardıqları şəhərləri, rayonları yox. Astara, Lerik, Yardımlı ((bax:yardımlı şəlaləsi) kimi gözəl guşələrimizdə trekinq etməyin ayrı bir ləzzəti var. Elə yerlər də var ki, balaca çaydır, amma özü üçün kiçik göl yaradıb. Dostlarla yığışıb gününüzü daha da gözəlləşdirə bilərsiniz.