Sonra əllərimi belə hərəkət etdirə bilməyəcəyim, açıq səma rəngli xalatı geyinib, uzaqlarda, çox uzaqlarda biryerlərdə olan kiçik, pəncərəsiz , alatoran, ilıq bir otağa kilitlənmək istədim. Saatlarla otağın sol baş küncündə qurulmuş və oradakı tək əşya olan dəmir çarpayının üzərində uzanıb, gözlərimi hər 19 saniyədən bir qırpma aralığı ilə tavanın tam mərkəzindəki yalnız və boğuq sarı rəngli lampadan ayırmamaq. Boş divarlar - 1 divar, 2 divar,3 divar , 4 divar, ardınca bəmbəyaz tavan və daha nələr, nələr.
Bir sözlə hədəfin həyatıma gəlib çatmaması üçün əlimdən gələni ardıma qoymamaq. Bəzən düşünürəm çox ağıllı olmaq əslində dəli olmağa bərabərdi. Yox əgər sən bu mövzuda mənimlə eyni fikirdə deyilsənsə onda bu sənin ağılsızlığından irəli gəlir. Üzr istəyirəm. Bəzən ağlıma gələni düşünmədən ağzıma gətirə bildiyim doğrudur. (bunun üçün narahat deyiləm)
Hə? Heç olduğunuz yerə aid olmadığınız düşünmüsünüz?
Kim bilir? Bəlkə də başqa bir dünyaya gedən qatara biletiniz olduğu halda, 1 neçə dəqiqə gecikmə ilə növbəti qatara minmisiniz. Nəzarətçinin də işə yenicə başladığını nəzərə alsaq,bax, onda hər şey olur tamam. Aha! Görən aranızdan neçə nəfər həyatına gecikib?! İndi neçə nəfər aid olmadığı yerlərdə aid olmadığı həyatları yaşayır?! Mən ya qatara gecikmişəm, ya da dəli olmuşam. Önəmli deyil. Ağıllı olub dəlinin dərdini çəkmək onsuzda lap əvvəldən heç fikrimi cəlb etməmişdir. Deyəsən belə daha maraqlıdı. Əllərimi belə hərəkət etdirə bilməyəcəyim, açıq səma rəngli xalatı geyinib, uzaqlarda, çox uzaqlarda biryerlərdə olan kiçik, pəncərəsiz , alatoran, ilıq bir otağa kilitlənmək daha maraqlı, daha əsrarəngiz. Lap uzaqdan gəldiyini hiss etdiyin kəskin və toran işıqdan uzanan bir ədəd əl, iki barmağın birləşdiyi nöqtədə dayanan bir ədəd tablet və 1 stəkan ilıq su.
Davamını oxuyum...
Bozfillifilosof
Ağıllı olub dəlinin dərdini çəkmək deyirləre? Əslində o iş elə deyilmiş. Düşünməkdən dəli olanlar özlərini ağıllı sananların dərdini çəkirmiş əsrlərdir
Bozfillifilosof