adlandıra bilmədiyimiz şeylər üçün başlıq

alessandro
Məsələn, mənim bu yaxından ürəyimi sındıran hadisələr baş verməyə başlayıb.
Ailə üzvlərimdən birinin vəfatı ilə içimə qapanmasam belə, digər insanlardan daha çox diqqət gözləyər olmuşam.
Digər tərəfdən, əvvəllər sadəcə "məntiqsiz düşüncə"-nin var ola biləcəyini fikirləşərkən, indi "məntiqsiz hərəkət"-lərə, və bunun isə artıq bir xüsusiyyət, təyin olmasına öyrəşirəm. Ətrafım bu cür xüsusiyyətli insan qaynayır.
Uşaqlıqdan gələn maskulin modelin olmaması səbəbindən bəzi kişi insanlara duyğum həssaslıq hissi (hansı ki sadəcə eşq mənasında sevgidən ibarət deyil).
Keçən il çox yaxın olduğum bir insanın bu il məni heç tanımırmış kimi davranması.
Mən ona baxarkən həmişə gülərdim ki, o da gülümsəsin. Körpə uşaq kimi gülümsəyən biri idi.
Onu hər gün görməyim və bu əzabı yenidən çəkməyim. Tək səbəb isə budur ki, onun dostları qadın insanlarla əlaqəyə görə onu səhv anlayırlar, o isə utanır.
Gecələr yuxuda itirdiyim hər bir insanı (hansı ki bu yazarın bəzi başqa entrylərini oxuyanlar görə bilər) aydın şəkildə görməyim.
Stressdən yaranan mədə problemlərim səbəbindən qida rasionumda olan məcburi qaydalar, hansı ki, mənim son xoşbəxtliklərimi də əlimdən alır.
Ən yaxın dostumun xəstəliyi.
Demək olar ki, heç nədən zövq ala bilməməyim. Zövq aldığım şeylərin vaxtının məndən asılı olmaması.
Özümə ayıracaq vaxtımın olmaması.
Universal problemlər.
Bunlar səbəbindən təzyiq görən dostlarım.
Bunlar üçün mübarizə aparmaq üçün gələcək planları qurarkən yaranan gələcək qayğısı, ölkədən daimi köçmə istəyi.

Bunların heç birini bundan artıq adlandıra bilmirəm. Lütfən, mən bunu yaşamaq istəmirəm.
starrynight
Nə xoşbəxt, nə də kədərli hiss edirsən. Nə çölə çıxmaq, nə evdə oturmaq istəyirsən. Geyindikdən sonra qapıda dayanıb gedib-getməmək arasında qaldıqdan sonra evdə qalmağa qərar verirsən. Nə sevmək, nə də sevilmək istəyirsən. Nə varsan, nə də yoxsan.