1984

silent
george orwell-1984 (m.a.c)
totalitarist rejimə qarşı çıxan insanların oxuya biləcəyi möhtəşəm bir sənət əsəridir.adi bir romandır deyib,keçə bilmərik.mütləqli şəkildə oxunmalı olan kitabdır.dövrümüzdə ən məşhur rejim olan kapitalist rejimində vaxtilə necə ifadə olunduğunu da burada rahatlıqla,şəffaf şəkildə görə bilərik.
müharibə-sülhdür
azadlıq-köləlikdir
cahillik-qüvvədir
qasam
George Orwell'i yazdığı məqalələrdən daha yaxşı tanımaq, başa düşmək olar. Amma ədəbiyyatı yaxşı anlayan biri bu kitabla belə yazıçının yazıçı yox, tənqidçi olduğunu anlaya bilər. Zənnimcə, əsərin ədəbi cəhətdən heç bir fərqliliyi, gözəlliyi yoxdur. Jurnal və qəzetlərə yüzlərlə məqalə yazan birindən də sənət əsəri yox, güclü tənqidi bir hekayə gözləmək olar və o da "1984" ilə bu işin öhdəsindən ustalıqla gəlib deyə düşünürəm.