Ölən yaxınını statusda paylaşıb onun üzərindən emosional istismar edən insan.

2018-də həmyaşıd olan qohumum ölmüşdü. Bacısı hər vəchlə uşağın üzərindən vatsap statusunda emosional istismar etməyə cəhd edir.
"X, sənin üçün çox darıxdım </3"

Təhqirə belə layiq olmayan cinsdəndirlər.
louis pasteur
Online komanda oyunlarında komandasını bilərəkdən sabotaj edib məğlub olmasına səbəb olan insanlar

Cəhənnəmin ən dərin yerində yanacaqlar..

Şahənşah
(bax: itirmək istədiyim qohumlar)
donmazsayaghi
Əqrəb bürcü olan insanlar
hekimqiz
yeni işə girdiyini öyrənib dərhal səndən maaşını soruşanlar
donmazsayaghi
(bax: attention whore)
İnsanın bütün nifrətini qazanan tipdəndirlər. Hər vəchlə, hər üsulla ortada qalmaq, sırf bunun üçün özünə bir şeylər etməyə çalışırlar. Başqa nə deyə bilərəm ki?

(bax: Səhər-səhər yüksək səslə musiqiyə qulaq asan insan) Musiqi zövq olsa, cəhənnəm. Adamın qulaqlarına səhər-səhər təcavüz edirlər. Hazır bunlardan söhbət düşmüşkən:ancaq özünü düşünən insandan danışmasaq, olmaz. İnsanın özünü düşünməsi normaldır, hətta hər kəs özün düşünməlidir. ancaq özünə xoş olacaq şeylər barəsində düşünərkən bir addım geri çəkilib düşünməlidir. düşünməlidir ki, onun atacağı addımlar digərlərinin həyatına təsir edər? daha betərləri üçün:

(bax: hər mövzuda haqlı çıxmağa çalışan insan)
(bax: simp)
(bax: özündən zəifi döyən insan tipi)
Davamını oxuyum...
louis pasteur
bilmədiyi mövzularda fikir bildirmək məcburiyyəti duyan insanlar. elementar, birinci kurs səviyyəsində məlumatı olmadığı sahələrdə belə elə atıb-tuturlar ki, qalırsan məəttəl.

bir neçə ildir təzə versiyaları da çıxıb: new age təqibçisi tupoylar. təbiət elmlərindən 2-3 termin öyrənib şarlatanlıq ilə qarışdırırsan, ortaya quantum mysticism, spiritual entropy, out of body filan kimi səfsətələr çıxır.
grothendieck